“Finex Kredit” BOKT ASC 10.09.2013-cü ildə Mərkəzi Bankın verdiyi 14 saylı lisenziya əsasında, “Bank olmayan kredit təşkilatları haqqında” qanuna və tənzimləyici orqanın göstəriş və təlimatlarına uyğun olaraq 18 sentyabr 2013-cü ildən fəaliyyət göstərir.
Təşkilat kiçik və orta müəssisələrin kredit ehtiyaclarını ödəyən, rəqabət qabiliyyətli və peşəkar komandaya malik kredit təşkilatıdır. Şirkət nüfuzlu maliyyə institutları, banklar və dövlət qurumları ilə sıx əməkdaşlıq edir.
“Finex Kredit” Sahibkarlığın İnkişafı Fondunun müvəkkil kredit təşkilatıdır və Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsində regionlarda fermer və sahibkarlara güzəştli kreditlər verilib, yeni təsərrüfatlar qurulub, yeni iş yerləri açılıb.
Yarandığı gündən qiymətli kağızlar bazarının fəal iştirakçısı və yüksək gəlirli korporativ istiqrazların emitentidir. 24 dekabr 2015-ci ildə Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə şirkətin qiymətli kağızları standart bazar seqmentində listinqə daxil edilən ilk üç şirkətdən biri olub.
Şirkət şəffaf idarəetmə və hesabat siyasəti yürüdür. Rəsmi xarici auditoru RSM Global beynəlxalq şirkətidir, yoxlamaların nəticələri hər il ictimaiyyətə açıqlanır.