Əsas məzmuna keç
Bayram

Bu gün Yeni il bayramı qeyd olunur

Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlıdır. Şaxta baba, Qar qız və küknar ağacı Yeni il bayramının atributlarıdır. Yeni ilin gəlişi dünyada, o cümlədən Azərbaycanda təntənə ilə qeyd edilir. 1 yanvar – Yeni İl bayramı/ Yanvar ayı (latınca “Yanvarus”) Roma allahı Yanusun şərəfinə adlandırılmışdır. Qriqori təqvimində ilin birinci ayıdır. Azərbaycan Respublikasında illərin hesablanması üçün Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir.

Zəng etMüraciət et