FinexKredit BOKT Səhmdarların Ümumi Yığıncağının keçirilməsi qərara alınmışdır. Müşahidə Şurasının 09.02.2023-cü il tarixində keçirilmiş iclasında qəbul edilmiş qərara əsasən 14 mart 2023-cü il tarixində, saat 12:00-da Bakı şəhəri, S.Rüstəm küçəsi, 11 ünvanında yerləşən “Finex Kredit” BOKT ASC-nin baş ofisində səhmdarların Növbədənkənar Ümumi Yığıncağının keçirilməsi qərara alınmışdır. Səhmdarların Növbədənkənar Ümumi Yığıncağı 14 mart 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, S.Rüstəm küçəsi, 11 ünvanında yerləşən “Finex Kredit” BOKT ASC-nin baş ofisində keçiriləcəkdir.
Ümumi Yığıncağın gündəliyi aşağıdakı kimi nəzərdə tutulmuşdur: 1. 2022-ci ilin yekunlarının müzakirəsi; 2. 2022-ci ilin maliyyə yekunlarına dair müstəqil auditor tərəfindən aparılmış auditin nəticələrinin təsdiqi; 3. 2023-ci il üzrə şirkətin inkişaf perspektivləri; 4. Nizamnaməyə dəyişiklik; 5. Digər məsələlər.