
Əziz Həmvətənlilər! Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq. Hər evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına bayram ovqatı və sevinc arzu edirik. Gəlir bahar avazı, yaz ətri, yaz avazı, bu Novruz qovuşanlar duymasın qəm avazı. Novruz bayramınız mübarək olsun!