“Finex Kredit” BOKT ASC nominalı 500 AZN, illik faiz dərəcəsi 17,7% olan, ümumilikdə 931 500 AZN məbləğində istiqraz emissiya edib. İstiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə bilər.
İstiqrazların tədavül müddəti 24 aya qədərdir, faizlər ayda bir dəfə ödənilir. Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqraz sahiblərinin hüquqları:
- yerləşdirmə tarixindən etibarən hər ay faiz ödənişi almaq;
- tədavül müddətinin istənilən dövründə nominal dəyəri emitentdən geri almaq;
- qanunvericiliklə nəzərdə tutulan digər hüquqlar.