
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Finex Kredit” ASC faizli, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
“Finex Kredit” BOKT ASC -nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib.