Əsas məzmuna keç
Şirkət

“Finex Kredit” daha da güclənir: yeni rəhbər təyin edildi, nizamnamə kapitalı artırıldı

Azərbaycanın aparıcı kredit təşkilatlarından olan “Finex Kredit” BOKT ASC fəaliyyətini daha da genişləndirir. Bu yaxınlarda səhmdarlar tərəfindən BOKT-da yeni təyinatlar, nizamnamə kapitalında artım və yeni nizamnamə təsdiq edilib.

Səhmdarların ümumi yığıncağının qərarı ilə BOKT-un direktoru Leyli Məmmədova təyin edilib. Onun sözlərinə görə, səhmdarların müvafiq qərarına əsasən BOKT-un yeni nizamnaməsi də təsdiq olunub.

BOKT-un nizamnamə kapitalı 65,5% artırılaraq 2,472 milyon manata çatdırılıb. Kapital hər birinin nominal dəyəri 100 manat olan 22 940 ədəd adi adlı sənədsiz səhmdən və 178 min manat həcmində 1 780 ədəd imtiyazlı səhmdən ibarətdir.

Səhmdarların digər qərarı ilə Ellada Əliyeva Audit Komitəsinə üzv seçilib.

Zəng etMüraciət et