Əsas məzmuna keç
Şirkət

Finex Kredit-in Masallı filialının rəsmi açılışı olub

Müştəri məmnuniyyətini və rahatlığını daim üstün tutan “Finex Kredit” BOKT ASC regionlarda filial şəbəkəsini genişləndirməyə davam edir. Yeni Masallı filialı müştərilərin ixtiyarına verilib.

Filialda yüksək xidmət üçün bütün şərait yaradılıb, ofis müasir dizayn və texnoloji avadanlıqla təchiz olunub.

Rəsmi açılış mərasimində şirkət rəhbərliyi iştirak edib. Qeyd olunub ki, filialda qızıl girovu ilə kredit, istehlak, biznes və sahibkar kreditləri təklif ediləcək.

Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən filial həftə içi 09:00–18:00 saatlarında xidmət göstərir. Onlayn müraciətləri isə günün istənilən saatında göndərə bilərsiniz.

Zəng etMüraciət et