
29 oktyabrda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) illik ümumi yığıncağı keçirilib. Yığıncaqda Müşahidə Şurasının və Nəzarət-Təftiş Komissiyasının tərkibi yenilənib.
Müşahidə Şurası 7 təşkilatla təmsil olunur və onların sırasına “Finex Kredit” BOKT də daxildir.
Şurada yerli kredit bazarının aktivləşməsi, effektivliyin artırılması və əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlərin daha fəal aparılması planlaşdırılır.