
27 sentyabr 2019-cu il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzv təşkilatların növbədən kənar iclası keçirilmişdir. İclasda "FinexKredit" BOKT Açıq Sehmdar Cəmiyyətini İdarə Heyətinin Sədri Rəşad Qasımov təmsil etmişdir. Növbədən kənar İclasda AMFA-nın İdarə Heyətinə yeddi üzv seçilmiş və onların içərisindən "İnkişaf üçün Maliyyə" MMC-nin nümayəndəsi Cəlal Əliyev AMFA-nın İdarə Heyətinin Sədri seçilmişdir. Bu vəzifəni Cəlal Əliyevdən oncə "Aqrarkredit" BOKT-nın Strateji planlaşdırma, marketinq və beynəlxalq əlaqələr departamentinin direktoru Süleyman Kələşov tutmuşdur. Qeyd etmək istəyirik ki "FinexKredit" BOKT- ASC 2013-cü ildən Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvüdür.