
“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı “Navigator Business Award” (NBA) mükafatına layiq görülmüşdür. Cənubi Qafqaz regionunun 2017-ci ildə biznes sahəsində ən möhtəşəm mükafatı olan Navigator Business Award Azərbaycanda və Gürcüstanda biznes sahəsində, iqtisadiyyatın inkişafında və öz xalqlarına xidmətdə müstəsna uğurları olan şirkətlərin müəyyən edilməsi üçün yaradılmışdır. “Finex Kredit” BOKT bu mükafata “İlin ən yaxşı bank olmayan kredit təşkilatı” nominasiyasında layiq görülmüşdür. Təltif 21 fevral 2018-ci il tarixdə baş tutmuşdur.