
“Finex Kredit” BOKT ASC-nin 2020-2022-ci illər üzrə inkişaf strategiyasının icrası ilə bağlı hazırlanacaq əməliyyat planının əsas istiqamətləri 3 fevral 2020-ci il tarixində Cəmiyyətin Müşahidə Şurasının və İdarə Heyətinin birgə iclasında müzakirə olunmuşdur. İclasda qeyd edilmişdir ki, 9 noyabr 2019-cu il tarixində təsdiq edilmiş 3 illik inkişaf strategiyası Şirkətin bütün istiqamətlərini əhatə edir. Strategiyada müəyyən olunmuş hədəf və vəzifələrin tam və zamanında icrası üçün işçi qrupu yaradılmış və mərhələli əməliyyat planınınn hazırlanaraq təqdim edilməsi tapşırılmışdır.