Əsas məzmuna keç
Şirkət

Vergilər Nazirliyi ilə sahibkarlar arasında görüş keçirilib

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda fəaliyyət göstərən sahibkarlarla görüşüb. Görüşdə “FinexKredit” BOKT ASC-nin nümayəndəsi ilə birlikdə həmçinin iri istehsal müəssisələrinin üzvləri, biznes və ictimai assosiasiya rəhbərləri, bankların rəhbər şəxsləri və sahibkarlar iştirak edib.

Azərbaycan vergilər naziri Mikayıl Cabbarovun iş adamları ilə görüşündə Azərbaycan Vergilər Nazirliyi ilə sahibkarlar arasında biznes dairələrini birləşdirən şuranın yaradılması razılığı əldə edilib və bundan sonra bankların və digər maliyyə institutlarının, həmçinin başqa biznes strukturlarının bütün problemləri həmin şura çərçivəsində müzakirə ediləcək.

Bundan əlavə nazirlə görüş çərçivəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi və vergi ödəyicisi ilə nazirlik arasındakı münasibətlərin şəffaflaşdırılması müzakirə edilib.

Zəng etMüraciət et